Rahid Bəşirov: "Müsavat daxilində "demokratiya" deyə-deyə özünə son model maşın alanlar, komfort həyat quranlarla barışmaz olacağıq"
Qəzetimizin ötən saylarında Müsavat Partiyasının Gənclər Təşkilatı ilə bağlı narazılıq yarandığı barədə məlumat vermişdik. Partiya Məclisinin iyunun 30-da keçirilən iclasında Gənclər Təşkilatının (GT) üzvlərinə çıxış üçün söz verilməməsi narazılıqları yenidən gündəmə gətirib. Bəs əslində Müsavat GT-də nə baş verir?
"Müsavatın 2006-cı ildə keçirilən qurultayında Məclisə bir nəfər gənc də seçilmədi. Bundan sonra gənclərlə partiya rəhbərliyi arasında inciklik yarandı, nəticədə də biz mərkəzi qərargahla əlaqəni kəsdik. Amma bir müddət sonra qəzetlərdən oxuduq ki, bir neçə müsavatçı gənc GT-nin konfransının çağrılması üçün qeyri-qanuni təşkilat komitəsi yaradır. Dərhal qərargaha gəldik və partiya başqanı İsa Qəmbərlə görüşdük. Bundan sonra qondarma təşkilat komitəsi ləğv edildi və yeni təşkilat komitəsi yaradıldı". Bunu Müsavat GT-də yaranmış narazılıqlarla bağlı açıqlama verən təşkilatın sabiq sədr müavini Rahid Bəşirov deyib. Onun sözlərinə görə, konfransda partiya Məclisinin sədri Sülhəddin Əkbər və MNTK sədri İbrahim İbrahimli də iştirak edib: "Konfransa 114 nəfər nümayəndədən 45-i qatılıb. Konfransın keçirilməsində maraqlı olmayan bəzi partiyadaxili qüvvələr GT-nin Suraxanı, Qubadlı, Neftçala, Gəncə, Şuşa, Oğuz özəklərinə zəng edib, guya toplantının təxirə salındığını bildirmişdilər, ona görə də,əksər nümayəndələr konfransa gəlməmişdi. Hətta konfrans zalının açarını da bizə vermək istəmirdilər".
Bununla belə, konfrans baş tutub və Elnur Məmmədli səs çoxluğu ilə Müsavat GT-nin sədri seçilib: "Amma 6 aydır Müsavat Məclisi Elnur Məmmədlinin sədrliyini təsdiq etmir. Konfransla bağlı yaranmış narazılığı araşdırmaq üçün partiya Divanı xüsusi komissiya yaradıb. Araşdırmaların sonunda konfransda heç bir nizamnamə pozuntusuna yol verilmədiyi aydınlaşdı. Buna baxmayaraq, ötən həftə keçirilən Məclisdə Rafiq İsmayılov və Məlahət Mürşüdlü tərəfindən Elnur Məmmədlinin sədrliyinin təsdiq olunması məsələsi gündəliyə salındı. Amma bəziləri buna qarşı çıxdı və sədrin təsdiqlənməsi yenə təxirə salındı. Qarşı tərəfin arqumenti budur ki, gənclərin yaşı 29-a endirilir, bu barədə sərəncam çıxandan sonra yenidən konfrans çağırılmalı və sədr seçilməlidir. Necə olur, başqası vaxt İlham Əliyevin legitimliyini qəbul etmirlər, amma indi məhz onun verəcəyi sərəncamı gözləyirlər?"
Qeyd edək ki, Müsavat GT-də yeni sədrin əleyhinə olanların partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının təsir dairəsində olduğu barədə məlumatlar dolaşır. Rahid bəy bu məlumatları təsdiqlədi: " Biz gəncliyimizi Azərbaycanın demokratikləşməsi uğrunda mübarizəyə xərcləmişik. Amma buna görə peşiman deyilik. Sadəcə, bizdən fərqli olaraq, bəziləri bu mübarizədən öz xeyirləri üçün bəhrələndi. "Demokratiya" deyə-deyə özlərinə yeni model maşınlar aldılar, komfort həyat qurdular. Arif Hacılı və onun təsir dairəsində olanlar istəyir ki, gəncliyin yaş senzinin azaldıldığı barədə arqument ortaya ataraq, bizi GT-dan uzaqlaşdırsınlar, əvəzində öz tərəfkeşlərindən ibarət bir GT yaratsınlar. Amma biz buna imkan verməyəcəyik".
Rahid bəy deyib ki, GT-ni öz təsir dairələrinə almaq istəyənlərin marağı İsa Qəmbərdən sonra başqan postuna yiyələnməyə hesablanıb: "Amma unudurlar ki, partiyanın seçkili orqanlarında söz sahibi olmaqla iş bitmir, Müsavat başqanını 50 mindən çox partiya üzvünün iradəsini ifadə edən 1000 nəfərlik qurultay seçir". Rahid Bəşirov Müsavat GT ilə bağlı yaranmış narazılıqla əlaqədar yaxın vaxtlarda atacaqları addımlardan da danışıblar: "Biz neçə illərdir ölkədəki ədalətsizliyə və haqsızlığa qarşı necə barışmaz olmuşuqsa, partiya daxilindəki ədalətsizliyə qarşı da o cür barışmaz olacağıq. Cümhuriyyət qurmuş bir partiyanı qrup təfəkkürlü insanların maraqlarına qurban verə bilmərik".
"Alma" qəzeti qarşı tərəfin də mövqeyini dinləməyə və çap etməyə hazırdır
Açar sözlər:
Mensur Cesuroglu
MEHKEME
Azerbaycan mehkemeleri mukemmelleshib. Sheher ve Rayon Mehkemeleri, Ali Mehkeme, Konustitussiya mehkemesin demirem! O, qeder ozlerinden razidilar ki, Avropa mehkemesinde numayendelerinin olmasini isteyirler.
Agir cinayetler toretmish caniler, omur boyu azadliqda qalir, kentde-kesekde bir toyuq ogrusu, ya acindan corek dukanini yaran bir bende, yediyi yumurta, ya corek burnundan gelene qeder doyulur, neticede bende etiraf edir ki, "toretdiyi qetil hadisesin, ya yardigi pul deyishme menteqsinin izini azdirmaq ucun bele xirda cinayetleri ishleyib planli shekilde". Rayon mehkemesi bu "etirafi" eshider eshitmez novbeti toplantisin cagirir ve "agir cinayetler toretmish" fagir insana bir 10-15 il ish kesir. Ali Mehkemeye yolu dushmesin kimsenin! Orda qiymetler cox bahadir. Axi Ali Mehkemede ishleyemek ucun boyuk meblegde "shirinlik" vermek lazimdir. Shirinlik verib ishe duzelen "uzun libasli" adam, qoydugu "mayani" batirasi deyil ki!? "Mayani" cixarmaq ucun, ellerine dushenin nece deyerler derisini bogazindan cixarmamish el cekmirler. Eyer ellerine kecen kasib bendedirse, onun ustunden cixarilan kohne kostyum hec bir ishe yaramirsa, ishi mehkemede olan "daydayli" ya "imkanli" bir cinayetkarin ishi baglanib, bu cinayet ishinden bixeber olanin ishine tikilmek ehtimali cox boyuk olur.
Bildiyim qeder, Azerbaycanda cinayet hali toretmish her kes, calishir ki, ishi polis bolmesinde, bed ayagi mustentiqin "elinde", boyuse prokurordan o yana kecmesin. Eyer merheleler coxalsa, "ishin" baglanmasi ucun qeyri resmi qiymet evin, mashinin hetda qir-qizilla yanashi ev eshyalarini satdiqdan sonra elde edeceyi pulun mislindende yuxari olur.
Cinayetkarin, cinayeti tesdiq edilmemish, ona "Bayilin" yolu gosterilir, yolun cox kecme-kecli oldugu haqqinda xususi "kurs" kecilir. Yeni eli cibinde olsun, "oralarda bitsiz yashamaq anormalliq sayilir, ordan vereme tutulmamish cixmaq olmur". Birine bir yumruq vurmusansa, hec narahat olma. Dostdan tanishdan 1000 "goy" yig, yumrugun birinide vur urekli, get gir mehkemenin otagina, pulu urekle qoy onun deyirmi masasinin ustune. Denen cenab mehkeme, bagishlayin siz ALLAH, bir sehfdir etmishem. Cavabiniz kobud olmayacaq. Ya oglum, ya qardashib deyib, "birde bele shey etme" xeberdarligi ile, yola salacaq seni. Bunu yazmadim ki, yazimi oxuyar-oxumaz qarshiniza cixani yumuruqlayin, yazmaqda Mehkelerimizin nece "edaletli" oldugunu diqqetinize catdirmaq idi. Sakin pulunuza guvenib kimise vurasiniz. Qefil ALAH sizin biri dusher ishinize baxan, bir yumruga gore omurluk mehkum eder seni.
Musa Musayevin sozune quvvet, bizde normal ailenin boshanmasini temin edir mehkeme, Avropada qoluboylarin. Bakida oturub, evinin icinde pulun verib, pul qazanmaqdansa, dushubler ortaliga ki, Avropa Mehkemesinde temsilcimiz olmasini isteyirik. Ay adam! Axi senin neyine lazimdi Avropa Mehkemesinde numayende?. Avropa sozunun boyukluyune aldanib, hevese gelmeyin! Avropada rushvet zad yoxdu ey! Quru maa'sha neyine lazimdi ishleyesen? Hele ingilisce perfekt, Fransizca yaxshi bilmelisen ki, ishleyesen... Illerini serf edib dil oyrendiyini, oz dilinde oyrenib, oz xalqina ish kessen meshur olarsan, ad qazanib yuxarilara "dirmasharsan". Azerbaycanda o qedir ishsiz adam var ki, hele.
Bilmediklerinizden birini desem, dushunurem ki, bu sevdadan vaz kecersiniz ulu onderiniz Hezreti Heyder Aliyeve and olsun!
AB de olkelerinde, hardaki eynisi Azerbaycandaki kimi insan haqqlari qorunur, bir cinayetkari polis yaxalayir. Istintaq muddeti cinayetkar tam azadliqda gezir, mehkeme dovru "keyf" edir. Mehkeme cinayetkara hokum oxuduqdan sonra, sorushur. " Hansi tarixden cezani cekmeye hazirsan?" Cinayetkar cavab verir "ev ishlerim var, onlari hell etmeliyem, bunun ucun mene 1 ay vaxt lazimdir. Daha sonra shexsi ishlerim var ki, mutleq yekunlashdirmaliyam. Men 3 ay sonra filan tarixden ceza cekme muesisesine gedib, cezami cekmeye tam hazir olacam". Bundan bashqa, cinayet toretmish shexs, hansi erazide yerleshen cezacekme muesisesini istese secmek huququna malikdir. Butun bunlar ucun ise, ne rushvet vermek lazim gelmir, ne mehkemeye tapshirilmasi ucun "day-day".
Avropa Mehkemesinde ishlemek ucun, gerek bash olsun sozun heqiqi menasinda. Bogazdan yuxari kelle olmaq kifayet etmir. Burdaki Mehkemelerin qarinlari gunu gunden shishmir bilesiniz, peshelerine ciddi yanashan hakimler, itirdikleri enerji nedeniyle, gunu-gunden ariqlayirlar.
Cenab hakimler! Icazenizle bir meslehet daha verim. Imkan daxilinde bu il olkeden kenarda olun, secki ilidir. Bosh bogaz muxalifetciler, plakat vurma maddesinin, kucede qishqirmaq bendiyle, jurnalistler "deputatlarin" sheref ve leyaqetini alcaltmaq maddesinin, nufuzlarina xelel getirme bendleriyle sizin vaxtinizi emelli bashli alacaqlar. "ALLAH-szilarin hec el salib gorum baxim etmeye cibleride yoxdu. Tecrubenizde gormusunuz yeqin!?
Davamı...
Açar sözlər:
TÜRKİYƏ DƏRİN DÖVLƏTİNDƏ AZƏRBAYCAN İZİ
Dərin dövlət - Türkiyədə illərdir bununla bağlı saysız-hesabsız məqalə, araşdırma və kitab yazılıb, qətllər törədilib, onlarla cinayət işi acılıb, hesabatlar hazırlanıb.
Dərin dövlətin müxtəlif tərif və izahları var. Ümumi şəkildə söhbət bəzi qatı millətçi və vətənsevər insanların bir araya gələrək onların nəzərində dövlətin – polis, prokurorluq və məhkəmələrin başı üstündən Türkiyəni yolundan sapıtmağa çalışan fərd və qüvvələrə qarşı mübarizəsindən gedir.
Dərin dövlət Türkiyədə illərdir kök salıb. Onun tərəfdarlarının Türkiyə dövləti qarşısında xidməti az olmayıb. Erməni terrorçuları 1970-1980-ci illərdə Avropa ölkələrində türkiyəli diplomatları qətlə yetirəndə məhz dərin dövlətin ardıcılları Paris, Vyana, Roma və digər şəhərlərdə «Asala» başkəsənlərinə tutarlı cavablar verib. PKK terrorçuları da dərin dövlətin qoruyucularından az zərbə almayıb.
Bununla da dərin dövlətçilər dərin yara aldı və gizli qrupların artıq tarixdə qaldığına inam artdı. Media da keçmiş illərdən fərqli olaraq bu mözuya qayıtmağa həvəsli deyildi. Ta keçən il İstanbulda erməni jurnalist Qrant Dink qətlə yetirilən günə qədər. Türkiyədə bu gün “Ergenekon” kod adı verilən həbslər dalğası da dərin dövlətə qarşı aparılan mübarizənin tərkib hissəsi kimi dəyərləndirilir. Türkiyənin liberal və bir qədər də kosmopolit mediası yenə hər yerdə dərin dövlətin izlərini axtarmağa girişib.
Dərin dövlətçilərə qarşı açılan hazırkı cinayət işlərində, qəzet reportajlarında və müxtəlif hesabatlarda Azərbaycanın adı ağırlıq qazanmağa başlayıb. Qalmaqallı “Susurluq işi”ndə Abdulla Çatlının Naxçıvanda olması, hətta mərhum prezident Əbülfəz Elçibəylə Kələkidə görüşməsinə dair faktın ortaya çıxmasından başlanan təmaslar seriyası bu günə qədər gəlib çıxır.
Hrant Dinki qətlə yetirən Ogün Samastı tapşırığa göndərənin - Yasin Hayalın da bir vaxtlar Azərbaycanda olduğu haqda xəbərlər yayıldı. Əslində Yasin Hayalın Azərbaycana gəlməkdə məqsədi Çeçenistana keçmək olub, ancaq onun bu planı alınmadığından bir müddət Bakıda vaxt keçirmək məcburiyyətində qalıb.
Azərbaycanın adı indi də Türkiyənin bir nömrəli mövzusuna çevrilən “Ergenekon” əməliyyatında hallanır. Qardaş ölkədə həbs olunanlar arasında təqaüddə olan general Vəli Kiçiyin Dünya Azərbaycanlıları Konqresi İdarə Heyətinin üzvü olduğu bildirilir. Əslən azərbaycanlı olan Vəli Kiçik “Ergenekon” əməliyyatında əsas simalardandır. Hələ bu harasıdır, Türkiyədə baş qaldıran növbəti qalmaqalda da Azərbaycan kəlməsi dillərdə gəzir.
Alparslan Arslan adlı vəkil 17 may 2006-cı ildə Ankarada Apellyasiya Məhkəməsinin binasına silahlı basqın təşkil edib bir nəfəri öldürmüş, dörd nəfəri ağır yaralamışdı. Bu hücumdan əvvəl həmin Alparslan Arslanın “Cümhuriyyət” qəzetinin binasına partayıcı maddə atdığı da sonradan polisə məlum olub. Bu iki cinayət işi 2006-cı ildə Türkiyədə haqqında ən çox danışılan və yazılan olaylardan idi.
İndi də Alparslan Arslanın Vəli Kiçiklə birgə çəkdirdiyi fotoşəkil üzə çıxıb. Bu şəkil harda çəkilsə yaxşıdır - Cavad Derəxtinin rəhbərlik etdiyi Dünya Azərbaycanlıları Konqresinin 2005-ci ilin may ayında İsveçin paytaxtı Stokholm şəhərində keçirdiyi toplantıda. Demək, Alparslan Arslanın da DAK-la əlaqəsi varmış.
... Türkiyə mediasına son günlər nəzər yetirəndə belə bir təəssürat yaranır ki, Azərbaycan Türkiyədəki dərin dövlətçilərin arxa bağcasıdır. Nə edək ki, “Ermənistanla təcili diplomatik əlaqələr yaradılsın”, “sərhədlər açılsın” və bu kimi tezislərlə çıxış edən köşə yazarlarından fərqli olaraq dərin dövlətçilər erməni separatizminə qarşı sərt mövqeləri və Dağlıq Qarabağın işğalına son qoymaq istəyi ilə seçilirlər. Bu halda Azərbaycan cəmiyyətinin məhz ikincilərə rəğbət bəsləməkdən başqa alternativi qalmır. Bununla belə, dərin dövlətçilərin hərəkətinə ən doğru və ədalətli qiyməti qardaş ölkənin məhkəməsi verəcək.
Davamı...
Açar sözlər:
Mensur Cesuroglu
Resulzade 124Duz 124 il evvel, gelecekde sherq dunyasina demokratiya bexsh edecek dahi shexsiyyet dunyaya geldi. Hele yeniyetme caglarinda hemyashidlarindan dunyaya baxishlariyla ferqlenen M.E.Resulzadenin dogum gununu, her il yanvar ayinin 31-de dostlarimizla toplashib qeyd ederdik. Her il BDU-in telebeleri, Resulzadenin emalatxanada saxlanilan bustunun nehayet toz basmish qaranliq otaqdan cixarilaraq, nezerde tutulan yerde ucaldilmasini aidiyati orqanlardan teleb ederdi. Xatirimdedir, bu teleb nedeniyle bir zamanlar 5 MUSAVAT-ci telebe universitetden qovulmush, daha sonra universitetden qovma sebebinin tutarli olmamasi sebebinden telebelerin tehsil almasi berpa edilmishdi.
99-cu il yanvar ayinin 31-i, muxtelif Gencler Teshkilatlari Neftciler prospektinde M.E.Resulzade lohvesinin qarshisina toplashib, eklik, cicek desteleri qoymaq isteyirdi. Biz MUSAVAT Gencler Teshkilati olaraq, Resulzadenin adini eks etdiren lohvenin qarshisina toplashmaq ucun saat 12:00-da adi cekilen mekanda toplashmaq qerarini verdik. Dostlardan biri telefon acib xeber verdi ki, lohve yerleshen bagi polis muhasireye alib, ve ziyarete gelen gencleri eraziye yaxin buraxmirlar. Texminen 100-ze yaxin genc MUSAVAT Partiyasi merkezi qerergahindan cixib, Neftciler prospekti ile parka dogru irelilemeye bashladiq. Qarshimiza cixan polis, ilk xeberdarligini edib, "kimsenin parka girmesine icaze verilmir" dedi. Yolumuza davam etdik, polis zorakiliqla qarshiladi bizleri park yaxinliginda. Uzun suren mubahiseden sonra, "icaze" verdiler ki, 10 deqiqe erzinde cicek destelerimizi lovhe qarshisina qoyub, dualarimizi edib erazini terk etmeliyik.
Sherq dunyasina demokratiya enenelerini getirmish tarixi shexsiyyet, Azerbaycan Xalq Cumhuriyyetinin banisi Resulzadeye mexsus, onu xatirladan her ne varsa mehv edilir, tariximiz saxtalashdirilir. Milli pul vahidimiz, uzerinde dahi shexsiyyetin resmi olan min manatliq esginazlar dovruyyeden cixarilmazdan evvel, pul vahidimizin adi dushunulmush shekilde "Memmed" deye ifade edildi. Ne qeder utanc olsada, bir hadiseni sizlerin diqqetine catdiracagam. Dostum Zamin bazara gedir bir gun. Bir satici elinde xiyar tutaraq ucadan qishqirirmish "memmede xiyar! memede xiyar1 memmede xiyar!" Zamin bu hali gorub cox perishan olub. Saticiya yaxinlashib, xiyarin birini eline goturerek, pishtaxta arxasinda duran cavan ooglanin adini sorushub. "Adim Hesen". Hesen adini eshider, eshitmez Zamin elinde ki xiyari numayishkarane shekilde qaldiraraq " Hesene xiyar! Hesene xiyar!" Qishqirmaga bashlayib. Bir qeder mubahiseden sonra, satici oglan Zaminden uzur istemishdi. Ne yaxshi ki, dahi shexsiyyetin resmi, uzerinde eksini tapan 1000 manatliq esginazlar dovruyeden cixarilir meqsedli shekilde. Burda rejim mensublarina mutleq demeliyem ki, ne bade yeni bir pul vahidi cap etdirib uzerine onderinizin resmini vurasiniz ha, xiyarin bir kilosu o pulun yaninda cox qiymetsiz olsa, torbasi, tonu mutleq o pul vahidinin adiyla satilacaq bir gun. Nezere alin xatirlatmami.
Qayidaq bust meselesine. Yaxshisi budur hec M.EResulzade adina bir denede olsa bust filan tikmeyin. Men istemirem ki, bele tarixi hadiselerde sizlerin adi qeyd olunsun. H.Aliyev bustlerini ne qeder isteseniz tikin, parklar salin. Leninin bir heykeli var idi, bu heykelin bashinin icini oymushdular, orda qushlar otururdu, Seddamin heykelini bogazina ip baglayib ashirtdilar. Cun ki, bu adamlar xalqlari, milletlerine qarshi o qeder qeddar olmushdular, yalan ve sher ustunde hakimiyyet saxlayirdilar ki, insanlar bezen tessuf edirler ki, "kash bu heykellerin sayi bir azda cox olaydi, birinide biz yixa bileydik".
P.S. Son vaxtkar bele bir netice cixartmaga bashlamisham ki, bu rejimden ne ise teleb etdikde, aciga eksini edir. Deyirem belke gorecekleri ishlere beh beh edib el calsaq, yolunu azmish xam goyrecin kimi, bashlarini itirib bilmeden ozlerine yad olan, yolla ucdular? Vallah bilsem ki, bele etsek ne ise deyishiklik olar, yenede bunlarin cirkin emellerine beh beh deye bilmerem.
Davamı...
Açar sözlər:
Mensur Cesuroglu
FRANSIZ SHERABI
Fransalilar oz sherablari ile oyunurler. Okuzgozu uzumden cekilmish qirmizi sherablari, dunyada meshurdur. Her bir Fransiz oz mehsulunun qiymetini cox gozel bilir. Bu yaxinlarda Fransiz metbexi adli bir restoranda olduq qonaqlarimizla. Qonaqlardan biri qirmizi sherab iceceyini bildirdi. Sherabin qiymetine baxinca, dodaqlarim sherabla islanibmish kimi "buzuldu". Shushesi 850 Isvec kroneri, yeni texminen 85 ero. Yerin melum ay "AGDAM", ucuz ve keyfiyyetli.
Ushaqliqda evimizde daim sherab olardi, hemde "konistirlerle". Agdam sherab zavodunda istehsal olunan meshur "AGDAM" caxiri, neinki Azerbaycanin, hetda butun CCCP alkoqolistlerinin ciblerine uygun qiymete, hemde keyfiyyetli icki sayilirdi. Ehh! Indi ne o torpaq var, nede ki sherab zavodu.
Uzun sozun qisasi, bir qeder fikirleshdikden sonra, bu sherabdan sifarish etdik. Coxdan idi icki icmirdim, odenilen mebleg ickiye meylimi artirdi, dedim bir dadina baxim. Dostlar adi su sifarish etdiler. Isvec suyu goz yashi kimi duru, dag buzu kimi soyuq. Icki xeyallara daldirdi meni, " bu su cox dadlidir, sheffafdir. Isvecli hekimle qizdirmasi olan adamlara su icmeyi meslehet gorur". Bu fikirlerle Azerbaycanda soyuqladigim, heraretimin artdigi anlarda icdiyim dermanlari xatirladim. "Elbetde ceyranbatandan evlere qeder axan su cox bulaniqdir, Isvec sulariyla muqayise etmek olmaz". Tez ozumu silkeleyib Qarabagdaki, Isa bulagin, Tursh suyu, Damci bulagi ve s. goz onunde canlandirdim.
Restorandan cixib dostlarin geceleyeceyi IRSHAD otele teref addimladiq. Otel binasi cox sade idi, o qeder sade idi ki, 28 may yaxinligindaki Qarabag qostinsasi ilk baxishdan daha yarashiqli gorsenir. Otelin qarshisinda iki qizin bir birine sarilmasi meni xeyli uzdu. Cox fikire getdim. Axtarirdim ki, "goresen bizde bele bir menzerenin shahidi olmaq olarmi? Elbetde olar! Avropa oteli yaxinliginda eyni menzerenin shahidi olmaq olar."
Qonaqlari yerbe-yer edib sheherde bir az gezmeye qerar verdim. Cayin kenarina geldim. Burda bir qeder serxosh halda oten kecenleri yaxshica analiz etmek olar. "Su sesi mene Xezeri xatirladir". Suya baxdim, anladim ki suyun dibi gorsenirse, demeli Xezerden ferqlenir bura temizliyine gore. Yene fikirleshirem "axi niye bizim denizimiz cox bulaniqdir? Yeqin neft "qicqirib" cixir suyun uzune, Isvecin nefti ki, yoxdur. Ozume teskinlik verirem".
Neftimizi fikirleshdiyim an yadima Zohrab adli bir dostumun bir defe neft cixaran borulari gosterib "onlar yenib qalxdiqca Resulll-Quliyevvv, Resulll-Quliyev, Resulll-Quliyev deyir" zarafatla deyib, gulduyunu xatirladim. Resul Quliyev deye deye, Zohrabin sesini ADP den eshitdim axirda.
Haydar Aliyev el uzunu, sabun yerine neftle yumaga adet etmishdi. Uzunde yapishib az az axan nefti neye ise benzedirdim, "yadima dushdu! Fransiz caxirini bize teqdim eden qarson, onun keyfiyyetinden danishib, deyirdi. "Sherabin keyfiyyeti ondan bilinir ki, bardagdan suzduyun zaman alkagol bardagin divarlarinda yapishib qalirsa, agir axirsa demeli keyfiyyetli mehsuldur. Yox eyer su kimi axib gederse, demeli alkaqolu az, belkede saxta ickidir." Neftimiz cox keyfiyyetlidir, buna kimse shubhe etmir. Bes goresen Fransizlarda sherabla uzlerini yuyurlarmi? ... Fransizlar uzlerini sherabla yumurlarsada, kucelerini shampunlu su ile yuyurlar. "Bizim kucelerin yuyuldugunun shahidi olmushammi goresen? ... Xeyli meyyusam bu meselede. "Axi niye bizim kucelerimiz bir defede olsun yuyulmayib?". Yuyulub, elbetde yuyulub! Hemde ximikatdan hazirlanmish shampunla yox, Azerbaycani seven ovladlarin qanlariyla yuyulub defelerle.
Cox fikirleshdim o gun. Bir de icmeyim gerek. Avropalilar heftede bir defe icir, deyir-gulur-shenlenir. Bizim derdimiz cox boyukdur. Qarabag, Zengezur, Borcali, Tebriz, Derbend ve s. Biz derdimizi cekek, sherabi Fransizlar ceksin. Onsuzda Fransiz xalqi keyf ucun yaranib bizden ferqli olaraq.
Davamı...
Açar sözlər:
Mensur Cesuroglu
Xocali
Misli gorunmemish
Soyqirim akti
Azerbaycan Respublikasinin Dagliq Qarabag erazisinde, ermeni silahli quvveleri terefinden, Azerbaycan xalqina qarshi soyqirim kompaniyasinin novbeti merhelesi bashlamishdi. Ermeni silahlilari, Rus ordusunun havadarligi ile Qarabagin muxtelif yashayish menteqelerinde soy qirim kompaniyasini heyata kecirir, daim insanlari vahime icerisinde saxlamaq meqsedi ile tutduqlari movqelerden, cebhe xetdi boyunca artileriya ateshleri ile sheher ve kendleri "xaraba" qoyurdular.
Qushcular, Malibeyli, Mesheli, Caykend ve s. kendlerinin sakinleri ermeni terrorunun novbeti qurbanlari olmushdular. Butun bash verenleri seyr eden Azerbaycan, Xocali soyqirimini texmin edirdi zaten. Xocaliya gedish gelish yollari baglanmish, istisna hallarda vertalyotlar vaistesi ile, shehere gedish gelish temin edilirdi.
Agdam sheher 3 nomreli orta mektebinde oxuyurdum. Son zamanlar derslerimiz yarimciq bitir, dostlarimizla birlikde merkezi xestexanaya gedir, yaralilara komek meqsediyle xestexana hekimlerine komekliiymizi teklif edirdik. Az qala her gun agir yaralanmish xestelerin shahidi olurduq. Ilk gunler bedeninin bir hissesini itirmish insanlari gorub dehshete gelirdik. AXC qerergahi onunde konullulerin, Faiq Baxsheliyevin rehberlik etdiyi yerli OMON-cularin cesaretli, nikbin sohbetlerini dinledikce ureklenirdim. Son zamanlarda shehidlerimizi, yaralilarimizi gorduyum zaman, icimde dushmene qarshi kin, nifret hissleri guclenmish, qorxu ve heyacanin ne oldugunu yadirqatmishdi mene.
24 fevral 92-ci il. Sub tezden babam eve geldi. Heyecanli halda Xocalida veziyyetin cox agir oldugunu deyir, Bakida oturan olke rehberliyini lenetleyirdi. "Xocali komek isteyir!, Orda ushaq, qoca, qadin eli yalin qalib! Hara baxir bu rehberlik?!" Cox heyecanli idi. Narahat olmaga bashladim, coxdan idi Qarabagla bagli olan nikbinliyimi bu gun oldugu qeder itirmemishdim. Sheherde shai'eler yayilmaga bashladi. "Xocalini artiq itirmishik!. Rus qoshunlari 20 yanvari Xocalida tekrarlayacaq!.
25 fevral. Agdamda havadan qan qoxusu gelirdi sanki. 366 ci alay, ermeni silahli birleshmeleri ile birlikde, Xocalini dord terefden muhasireye almishdi. Konullu destler bele ne edeceklerini bilmirdiler. Sanki bir xaos yaranmishdi. Atam Cehbeci dostlari ile birlikde Xocaliya getdiyini, bir muddet eve qayitmazsa narahat olmamamizi bildirdi. AXC qerergahi qarshisindan cox sayda adam ov tufengleri ile Xocaliya dogru yola cixdilar. Kendimizde yashayan, Ikinci dunya muharibesi elili tek oglunu yola salmisdhi Xocaliya. Iki ayagini itirmish kishi, qapisinin agzinda oturub oglundan xeber gozleyirdi. Ogul geri qayitmayacaqdi bir daha. Xocaliya yaxin bir tepeni qalxdigi zaman qehremancasina shehid olmushdu yegane ogul. Facie bash vermish, gunahsiz insanlar qetle yetirilmish, Xocali yerle yeksan edilmishdi 25-den, 26-sina kecen gece. Sehere yaxin evimize cox sayda Xocalidan olan kocgun geldi. Onlari bir genc esger getirmishdi sozun esil menasinda mesheqqetli yollardan kecirerek. Ushaq, qadin, ahul yashli kocgunler, yaxinlarinin "orda" qaldigini bildirir, aglayir olke rehberliyini onlari mudafiesiz qoymaqda ittiham edirdiler. Rengi soyuqdan qaralmish, ust bashi su icinde olan esger, kocgunleri bizim eve yerleshdirdikden derhal sonra geri qayitmaq isteyirdi. Yashlilarin tekidinden sonra, yemek yemeye razilashan esgerin yediyi bir parca yavan corek helede gozlerim qarshisndadir. Butun ailesi, yaxinlari Xocalida qalmishdi. Onun ucun suzulmush cayi bele sona qeder icmeden evden cixdi. Onun sonraki, taleyi meni cox narahat edirdi. 93-cu ilde AZ TV -nin cebhe bolgesinden hazirladigi verilishde bir esgerin etdiyi qehremanliqlardan soz acilir, cox sayda yaxinlarinin qisasini helede almaqda davam etdiyini bildirirdiler. Bu qehremanin uzunu efirde gorduyum an, gozlerim bir anda doldu. "Bizdeki esger!!!" deyib ele qishqirdim ki sevincden, "o yashayir!".
Sonraki gunler Xocalidan olan kocgunler, Agdamin o zamanki, raykom binasi qarshisina toplanir, dogmalari, yaxinlari haqqinda xeberleri sebirsizlikle gozleyirdiler olke resmilerinden. Eynimizdeki isti paltarlari az yashli dostlarimizla birlikde cixarib, isinmeleri ucun valideyinlerini, onlarin her zaman nazini cekmish yaxinlarini itirmish yaricilpaq ushaqlara verdik. Cibimizde olan demir qurushlari toplayib, dukanlara girir, elimize kecen yemekleri alib, Raykom binasi qarshisindaki terror qurbanlarina verirdik. Aglamaqdan gozumuzun yashi bele qurumushdu.
* * *
1992 ci il, 26 fevral. O gun qeyri deqiq statistikaya gore 613 insan, o cumleden 63 ushaq ve yeniyetme, 106 qadin ve 70 ahil veshicesine qetle yetirilib. Toredilmish facie neticesinde 1000 den cox sheher sakini, o cumleden 76 ushaq gulle ve qelpe yaralarindan omurluk shikest qalib. Cinayet akti neticesinde 8 aile tamamile mehv edilib, 25 ushaq her iki valideyinden, 130-zu ise bir valideyinden mehrum olub. Bundan elave 56 nefer xususi qeddarliqla qetle yetirilib. Melum hadiseler zamani 1275 nefer sheher sakini esir goturulub, onlardan 150 neferinin taleyi haqqinda bu gune qeder hec bir melumat yoxdur. Qetle yetirilmish gunahsiz insanlar arasinda hamile qadinlar 200 nefer, korpe ushaqlar 43 neferi teshkil edir ki, en korpe ushaq cemi iki gun heyat yashayib. Hamile qadinlarin qarni yarilib, doshleri kesilib. Vehshiliyin qurbanlari zirehli texnikalar altina salinaraq ezilib, gozleri cixarilib agila gelmez qeddarliqla ishgencelere meruz qaliblar.
Qondarma "Dagliq Qarabag Respublikasinin" hazirki mudafie naziri Seyran Oqanyan komandanligi altinda olan 2 ci batalyon ve Yevqeni Naboqixinin rehberliyi altinda olan 3-cu batalyon, 366 ci motoatici alayin ermeni silahli birleshmeleri ile birlikde toretdiyi agir terror aktinda oz tovhelerini veribler.
* * *
Qetliami hevesle, az qala eylence olaraq heyata kecirmish cinayetkarlar cezalandirilibmi? Cezalandirilmayib. Xocali daxil olmaqla 11 sheherimiz ishgal altindadir. Bu torpaqlarin azad edileceyi haqqinda her il olke resmilerinden bosh bosh vedler eshitmekden tenge gelmishik. Xocali adina Baki sheher Xetai rayonu erazisinde ucaldilmish abide qarshisina her il cemi bir nece yuz soydashimiz toplanir, ekililer qoyur, shehidlerimizin ruhuna dualar oxuyur. Olke 'rehberliyi" ise parklarin, kuce ve yollarin, idare, muesseleri H.Aliyevleshdirir, onun adina heykeller ucaldir. Bu heykellerin her birinin yerine Xocalida qarni yarilmish hamile qadini, don vurmadan dunyasini deyishmish korpe ushagin xatiresine bir lohve qoyulsaydi, belkede butun dunya Xocali soyqirimini biz "istemesek" bele tanimishdi.
28.01.08
Davamı...
Açar sözlər:
Xocalı faciəsindən 16 il keçir
26 fevral 2008-ci ildə erməni-rus silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin dinc əhalisinə qarşı törədilmiş dəhşətli cinayətin 16 ili tamam olub
Azərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisində törədilmiş XX əsrin ən dəhşətli cinayətindən düz 15 il keçib. 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhəri 366-cı motoatıcı alay ilə birgə erməni silahlı dəstələri tərəfindən yer üzündən silindi. Bu cinayət nəticəsində göstərilən şəhərin əksər əhalisi vəhşicəsinə qətlə yetirildi.
Xocalı şəhəri bir gecəyə məhv edildi, həm də nəzərə almaq lazımdır ki, qeyd olunan hadisə XX əsrin sonlarında, məhz bütün bəşəriyyətin sivil, demokratik, təhlükəsiz və sabit şəraitə can atdığı bir vaxtda baş verib. Qeyri-dəqiq statistikaya görə, həmin gecə sovet silahlı qüvvələri tərəfindən Xocalı sakinlərindən 613 insan, o cümlədən 63 uşaq və yeniyetmə, 106 qadın, həmçinin də 70 ahıl insan vəhşicəsinə qətlə yetirilib. Törədilmiş faciə nəticəsində şəhərin 1000-dən çox sakini, o cümlədən 76 azyaşlı uşaq güllə və qəlpə yaraları alaraq, ömürlük şikəst qalıb. Göstərilən cinayət aktının həyata keçirilməsi nəticəsində 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideyndən, 130-u isə bir valideyndən məhrum olub. Bundan əlavə, 56 nəfər xüsusi amansızlıqla qətlə yetirilib. Məlum hədisələr zamanı şəhər əhalisindən 1275 nəfər insan əsir və girov götürülüb, 150 nəfərin taleyi isə indiyə qədər naməlum qalır.
Ancaq hər halda, bir müddət keçdikdən sonra müəyyən oldu ki, həqiqətdə sözügedən cinayətin qurbanlarının sayı yuxarıda göstərilən rəqəmlərdən bir neçə dəfə çoxdur. Amerikalı jurnalist Tomas Qolts Azərbaycan haqqında xatirələr adlı kitabında qeyd edib ki, Xocalıda qətlə yetirilənlərin sayı 688, islam dininə uyğun olaraq dəfn olunanların sayı isə 477 nəfər olub. Əməliyyat-axtarış orqanları, müstəqil ekspert və tədqiqatçıların təhqiqatları, habelə şahid və zərərçəkmişlərin ifadələri vasitəsilə aydın olub ki, fevral ayının 25-dən 26-na keçən gecə, habelə sonrakı bir neçə gün ərzində donmadan və digər səbəblərdən ölənlərin və qətlə yetirilənlərin sayı 1000 nəfəri keçir, itkin düşənlərin, əsir və girov götürülənlərin sayı isə yuxarıda göstərilən rəqəmləri bir neçə dəfə üstələyir. Vəhşicəsinə qətlə yetirilənlərin arasında 200-dən çox qadın olub, həm də onlardan bəziləri hamilə olub. Bundan başqa, qətlə yetirilən onlarla uşaqdan 43-ü azyaşlı olub, onlardan ən kiçiyi isə cəmi iki gün yaşayıb. Erməni qatillərinin bəzi qurbanları yandırılıb, hərbi texnika ilə basılıb, yaxud da hissələrə parçalanıb.
Ölçüsünə görə çox böyük və amansızlığına görə analoqu olmayan bu qətli ermənilər Xankəndidə yerləşdirilmiş, zabit və praporşik heyətinin 49 nəfərini ermənilər təşkil edən 366-cı motoatıcı alay ilə birgə törədiblər. Xocalı həmləsi və şəhər sakinlərinin məhv edilməsi üzrə planlaşdırılmış əməliyyatın keçirilməsində adamları 92 ədəd müasir ağır texnika, tanklar, qaubitsalar və digər hərbi sursatlarla təchiz edilmiş 23-cü diviziyanın motoatıcı alayının komandiri podpolkovnik Yuri Zarviqarovun böyük rolu olub ki, əməliyyat da məhz onun razılığı ilə keçirilib. Bundan əlavə, bu qanlı cinayətə həmçinin qondarma Dağlıq Qarabağ Respublikasının hazırki müdafiə naziri mayor Seyran Oqanyanın komandanlığı altında ikinci batalyon və rəis Yevgeni Nabokixin rəhbərliyi altında üçüncü batalyon da öz töhfəsini verib.
Xocalıya hücumda iştirak etmiş hərbi hissələrdən birinin əks-kəşfiyyat idarəsinin rəisi V.Savelyev Dağlıq Qarabağda Rusiya hərbi bölmələrinin erməni terror təşkilatları ilə birgə keçirdikləri hərbi əməliyyatların şahidi olaraq, özünün Məxfi arayış əsərində baş vermiş hadisənin mahiyyətini açıqlayıb. Azərbaycan xalqına öz üzrxahlığını bildirərək, müəllif etiraf edib: Mən bu haqda yazmalı idim. Mən yaşlı, qadın və uşaqların güllələnmiş cəsədlərini unutmaq iqtidarında deyiləm. Azərbaycan xalqından ona görə üzr istəyirəm ki, bütün bu qanlı və amansız nəticələri olan hadisələrdə heç nə edə bilmədim. Gücümün çatdığı tək şey yazdığım məxfi arayışı Kremlə və SSRİ Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin generalına göndərmək idi.
Xocalı qırğınını tez-tez Xatın, Lidis və Sonqmi faciələri ilə bir sıraya qoyurlar, lakin faktorları amansızlıq, qəddarlıq səviyyəsinə, həmçinin də cinayəti törətmə səbəblərinə görə obyektiv qiymətləndirdikdə başa düşmək olar ki, sadalanmış hadisələrdən hansı isə birini Xocalı faciəsi ilə müqayisə etmək yersizdir. Belarusun yaşayış məntəqəsi olan Xatında Böyük Vətən müharibəsi zamanı bütün Avropa və Asiyanı ələ keçirmək istəyən faşist Almaniyası tərəfindən 149 nəfər guya partizanlara kömək göstərdiyinə görə qətlə yetirilib. Elə həmin illərdə Raynxard Geydrixə qarşı sui-qəsddə günahkar bilinən vətəndaşların yerli əhali tərəfindən gizlədilməsinə dair saxta ittihamla Çexoslovakiya şəhəri Lidisin 172 sakini qətlə yetirilib, daha 200 qadın və uşaq isə konslagerə göndərilib. Keçən əsrin 60-cı illərində bütün dünyada kommunizmi məhv etmək istəyən Amerika qoşunları Vyetnam kəndi Sonqmidə partizan ailələrinin üzvləri olduqlarına görə təqribən 500 sakini qətlə yetiriblər.
Buna baxmayaraq, orada insanları min günahsız insanın yalnız müsəlman, türk və azərbaycanlı olduqlarına görə qəddarcasına qətlə yetirildiyi Xocalı şəhərində olduğu kimi əyləncə üçün öldürmürdülər. Başqa sözlə, onlar genosidə məruz qalıblar.
Yuxarıda adı çəkilən bütün cinayət aktları qabaqcadan qatilləri Azərbaycan şəhəri Xocalının günahsız sakinlərini milli mənsubiyyət zəminində məhv etmək üçün göndərən Ermənistanın destruktiv dairələri tərəfindən düşünülüb və planlaşdırılıb. Beləliklə, göstərilən cinayət bütün bəşəriyyətə qarşı cinayət, ermənilərin əməlləri isə dinc Azərbaycan vətəndaşlarına, o cümlədən uşaq, qadın və yaşlılara qarşı əsl erməni genosidi kimi qiymətləndirilməlidir.
Açar sözlər:

